Biz kimik?
“ARES International Business Services” MMC olaraq 2012-ci ildən yerli bazarda faəliyyət göstərərək şirkətlər üçün korporativ treyninqlər, həmçinin fərdi psixoloji və biznes konsultasiyaları, eyni zamanda ayrı-ayrı şəxslər üçün açıq təlimlər və seminarlar təşkil edirik.
Artıq 8 ildir ki, yerli bazarda təhsil, təlim-tədris və konsultasiya xidmətlərimiz ilə fəaliyyət göstəririk. Yaranmağımızda əsas məqsəd cəmiyyətimizi daha keyfiyyətli şəkildə maarifləndirmək, peşəkar xidmətlərimizlə insanlara fayda vermək və onların bu sahədə real problemlərini həll etməkdir.
Məqsədlərimiz
Peşəkar kadrlar
Şirkətiniz üçün peşəkar istiqamətlər üzrə kadr yetişdirmək;
İqtisadi yüksəliş
Şirkətinizin xidmət, idarə və gəlirlilik sektorunun inkişafını təmin etmək
Ümumi inkişaf
Kollektivinizin komanda və fərdi olaraq potensial iş əmsalının inkişafını təmin etmək